Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda elektrik enerjisi istehsalı iki dəfə artıb

305 Baxış

Bakıda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yanvar-sentyabr aylarında 457,3 milyon manat dəyərində məhsul istehsal edilib və xidmət göstərilib.

Oxu.Az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,7 faiz çoxdur.

Eləcə də, paytaxtda elektrik enerjisinin istehsalı da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz artıb. Belə ki, müvafiq dövr ərzində 5 milyard 325,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678