Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elşad Hacıyev: “Polis vətəndaşın inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil”

116 Baxış

“Polis heç bir halda vətəndaşın xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsində maraqlı deyil”.

Bu sözləri “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu gün hüquq mühafizə orqanlarının, polis əməkdaşlarının üzərinə belə bir öhdəlik qoyulmayıb:

“Biz yalnız karantin qaydaları çərçivəsində vətəndaşların sosial məsafəyə ciddi riayət etməsini tələb edirik. Çünki insan həyatı, insan sağlamlığı ilə bağlı risk var. Bu riski gözardı etmək olmaz. Bizi narahat edən məsələlərdən biri aktiv koronavirus xəstələrinin ictimai yerlərdə hərəkət etməsidir. Bu da cinayət məsuliyyəti yaradır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678