Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda pulsuz təhsil alan hər tələbəyə düşən xərc nə qədərdir? – Nazirdən AÇIQLAMA

128 Baxış

Azərbaycanda 2020-ci ildə dövlət sifarişi ilə təhsil sahəsinə 300 milyon manatdan çox vəsait ayrılıb. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair sənədin müzakirəsi zamanı deyib.

O bildirib ki, ötən il 91 368 nəfər dövlət hesabına təhsil alıb.

S.Şərifov onu da söyləyib ki, 2020-ci ildə dövlət sifarişi ilə təhsil alan bir tələbəyə düşən təhsil xərci 2258 manat təşkil edib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678