Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bank sektorunda vəziyyət: Ölkədə dörd bank filialı açılıb, işçilərin sayı artıb – RƏSMİ

354 Baxış

Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 32 milyard 796,7 milyon manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına əsasən, ötən ayla müqayisədə bankların aktivlərinin həcmi 0,8 faiz, illik müqayisədə isə 4,9 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 28 milyard 65,6 milyon manatı təşkil edib. Bu isə illik müqayisədə 5,1 faiz, aylıq müqayisədə isə 1,4 faiz çoxdur. Bu o deməkdir ki, bir ay ərzində bankların öhdəliklərinin həcmi 393,6 milyon manat həcmində artıb.  

May ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 194,7 milyon manat olub. Bu öhdəliklərin həcmi illik müqayisədə 24,7 faiz artıb. Bankların mənfəətdən ödədiyi vergilərin həcmi 43,4 milyon manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalıb.

May ayının 1-nə bank filiallarının sayı 462 ədəd olub. Aprel ayı ərzində 4 bank filialı fəaliyyətə başlayıb. Bankların ATM-lərinin sayı isə 2 770 ədəd olub, aprel ayı ərzində daha 5 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 18 min 893 olub. Bir ay ərzində 126 işçi bank sektorunda fəaliyyətə başlayıb. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678