Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsində yetirmələri ilə çiyin-çiyinə döyüşən müəllim – VİDEO

124 Baxış

Bir çoxumuz Vətəni sevməyi məktəbdə öyrənirik. Gənclərin vətənpərvər ruhda böyüməsi, qəhrəmanlarımızın tanıdılması, doğma elimizə yararlı vətəndaş kimi tərbiyə olunmasında müəllimlərin rolu çox böyükdür.

44 günlük Vətən müharibəsi iştirakçısı, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi və hərbi biliklərə yiyələnməsini sevə-sevə öyrədən müəllim, ehtiyatda olan zabit Emin Quliyev yetirmələri ilə çiyin-çiyinə döyüşüb.

“Report”un əməkdaşları E.Quliyevlə görüşüb və onun döyüş yolu ilə yaxından tanış olub.
O, 1979-cu ildə Lənkəranda doğulub. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2000-ci ildə leytenant rütbəsi ilə Silahlı Qüvvəllərimizdə xidmətə başlayıb. Xidmətini əsasən ön xətt bölmələrində yerinə yetirib. 2016-cı il aprel döyüşlərində Talış yüksəkliyinin alınmasında fərqlənib. Bir neçə medal və fəxri fərmanla təltif olunub.

Emin müəllimin uşaqlıq illəri 90-cı illərə təsadüf edir. Hərbçi olmaq istəyi də elə həmin zamanlarda baş qaldırıb.

“Uşaq olanda dedim əsgər olacam. Ermənilər torpaqlarımıza təcavüz edirdi. Birinci Qarabağ müharibəsində yaşım çatmasa da, Vətən müharibəsində iştirakıma görə fəxr edirəm”, – müəllim qeyd edib.

Hazırda Lənkəran şəhər 10 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Gənclərin çağırışaqədər hazırlıq fənnini tədris edir. O, 20 illik xidmət illərində əldə etdiyi hərbi bilik və təcrübələrini böyük həvəslə şagirdlərə aşılayır. Onların hərbi oyunlarda uğurlu çıxışlarını təmin edir.

Qəhrəmanımız 44 günlük Vətən müharibəsinə də ilk qoşulanlardan biri olub. Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən haqq savaşında zabit olaraq, tabeliyində olan döyüşçülərlə birlikdə bir neçə kəndin işğaldan azad olunmasında yaxından iştirak edib. Dediyinə görə, onunla çiyin-çiyinə vurşan döyüşçülərdən bir neçəsi öz yetirmələri olub. Vətən müharibəsindəki xidmətlərinə görə medal və polkovnik-leytenant rütbəsi ilə təltif edilib.

Emin Quliyevin kiçik oğlu 12 yaşlı Yusif də atasının yolunu davam etdirmək, torpaqlarımızın işğaldan azad olunması yolunda canlarını fəda edən şəhidlərimizin əmanətini qorumaq üçün hərb sənətinə yiyələnmək arzusundadır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678