Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“8 Noyabr” stansiyasından keçid edərkən ödəniş tələb edilmir – AÇIQLAMA

112 Baxış

“8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metrostansiyalara keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər”.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, “8 Noyabr” stansiyası üç səviyyədən ibarətdir:

“Stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr” – “Avtovağzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının “Bənövşəyi” xəttindən “Yaşıl” xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678