Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİM 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək

129 Baxış

Dövlət İmtahan Mərkəzi (DİM) 2-3 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar 2-3 iyun tarixlərində respublikanın 28 şəhər və rayonunda keçiriləcək.

İyunun 2-də keçiriləcək imtahanda 18 609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20 438 nəfər olmaqla, ümumilikdə 39 047 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678