Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Toylara icazə verilməlidir”

122 Baxış

Milli Məclisin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkədə toyların keçirilməsinə və teatrların fəaliyyətinə icazə verilməsi məsələsinə toxunub.

Oxu.Az-ın məlumatına görə, Q.Paşayeva teatrların fəaliyyətə başlamasının zəruri olduğunu da bildirib.

“İnsanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çoxlu insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar.  

Teatrlar da qaydalara riayət etmək şərti ilə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”, – deyə o söyləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678