Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nöqsana görə çıxarılan şöbə müdirinin vəzifəsini kim yerinə yetirir?

285 Baxış

İşində yol verdiyi nöqsana görə işdən azad olunan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızının vəzifəsinin həvalə edildiyi şəxsin adı məlum olub.

Oxu.Az-ın mlumatına görə, onun vəzifəsi müvəqqəti Pərviz Əhmədova tapşırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678