Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ilin noyabrında Uşaqların V Ümumrespublika Forumu keçiriləcək

139 Baxış

Bu il Uşaqların V Ümumrespublika Forumu keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim-mənim hüquqlarım” adlı tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, forum noyabr ayında keçirilsə də bu gündən hazırlıq mərhələsinə start verilir. 

“Uşaqların V Ümumrespublika Forumu 2020-ci ildə keçirilməli idi, lakin pandemiya və Vətən müharibəsi səbəbindən təxirə salındı. Forum bu il baş tutacaq. Proseslər bu ay ərzində də davam edəcək. Regionlara səfərlər təşkil ediləcək və hər rayondan qrupları təmsil edəcək 1 nəfər uşaq seçilərək digərləri ilə birgə təlimlərə cəlb olunacaq”.

B.Muradova pandemiya qurbanlarını da yaddan çıxarmadıqlarını qeyd edib. Vətən müharibəsi iştirakçılarına isə qazanılan qələbəyə görə təşəkkürlərini bildirib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678