Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi: Araşdırma başladı

125 Baxış

Ağcabədidə 15 yaşlı qız ana olub.

2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övladını dünyaya gətirib.

Ağcabədi rayonunda azyaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Faktla bağlı RPŞ-nin əməkdaşları tərəfindən ilkin araşdırma tədbirləri başlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə  16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678