Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu dəfə “Gazelli Group” məhsullarını uşaqlar hazırladı – FOTO

120 Baxış

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group” şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacalar üçün bayram əhvalı ilə yanaşı, bir günlük olsa belə, “böyük olmalarına” imkan da yaradıb. 

“Gazelli Group” bu il uşaqların bayramına elmi tərəfdən yanaşıb. Beləliklə, şirkətin fabrikinə təşkil olunan ekskursiyada və məhsulun hazırlaması prosesində ölkəmizin tanınmış uşaq bloqerləri iştirak edib.

“Nə olsun ki, uşağam…” adlı layihə çərçivəsində uşaqlar istehsalat prosesi və elmi-sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olublar, burada sosial şəbəkələrdəki hesabları üçün çəkilişlər aparıblar.

“Gazelli Group”un laboratoriya əməkdaşları bloqer uşaqlara bir sıra maraqlı eksperementlər nümayış etdirərək, kimya qanunlarını əyahi izah ediblər. Eyni zamanda, ölkəmizdə COVİD 19 pandemiyası təhlükəsi nəzərə alınaraq, uşaqlara gigiyena qaydaları və onlara riayət edilməsinin vacibliyi izah edilərək, “Gazelli Group”un istehsalı olan +H20 antibakterial maye sabun və SANİTARİ brendinin antiseptikləri hədiyyə edilib.

Prosesi böyük maraqla izləyən uşaqlar daha sonra özləri maye sabun hazırlayıblar. Eksklüziv və istəklərinə uyğun məhsullar hazırlayan bloqerlər özlərini əsl elmi işçilər kimi hiss ediblər. Bayramlarına bayram qatan daha bir məqamlardan biri o olub ki, bloqerlərə “Gazelli Group”un məhz uşaqlar üçün yaratdığı yeni məhsulu olan BALAM brendinin şampunu və duş geli hədiyyə edilib. Yaxın vaxtlarda satışa çıxarılacaq bu məhsulu birinci məhz “Gazelli Group”un bugünkü balaca qonaqları sınayacaqlar. 

Daha sonra uşaqlara unudulmaz gün ərzində apardıqları çəkilişlərin montaji üçün vaxt verilib və tərəflərindən hazırlanan reportajlar “Gazelli Group”un əməkdaşlarından ibarət münsiflər heyətinə təqdim olunub. Sıralarından ən yaxşı reportaj seçilərək qalibə hər bir gənc bloqerin arzusu olan – lampalı ştativ hədiyə edilib. Əyləncəli proqramla davam edən tədbir bütün uşaqlara “Gazelli Group” tərəfindən xüsusi hədiyyələrin təqdim edilməsi ilə başa çatıb. 

Qeyd edək ki, bu gün, iyunun 1 – də “Gazelli Group”un fabrikində şirkətin əməkdaşlarının övladları üçün də əyləncəli və maarifləndirici tədbir təşkil edilib. Balacalara “Gazelli Group”un elmi-sınaq laboratoriyası tərəfindən maraqlı eksperimentlər nümayiş etdirilib. Onlar üçün maraqlı və əyləncəli yarışlar, oyunlar, yerdə rəsm, rəqs və s. təşkil edilib. Tədbirin sonunda hər bir uşaq fabrikdən gözəl bayram əhvalında və maraqlı hədiyyələrlə ayrılıb.

“Gazelli Group” bütün özəl tarixlərdə olduğu kimi, bu dəfə də Azərbaycanımızın balaca vətəndaşlarını sevindirməyi bacarıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678