Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abşeron dəmir yolu xəttində təmassız ödəniş kartları ilə gediş haqqı ödənilə bilər

128 Baxış

Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, “Visa” və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmiryol xətlərində təmassız ödənişləri genişləndirir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının sərnişinləri artıq Abşeron dairəvi dəmir yolu xəttinin 14 stansiyasında bank tərəfindən buraxılan təmassız ödəniş kartları ilə gediş haqqını ödəyə bilərlər. 

Bu barədə bu gün Azərbaycam Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə keçirilən təsbirdə məlumat verilib. 

Hazırda Abşeron Dəmir Yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə  təmassız oxuyucu cihazlar ilə təchiz edilmiş turniketlər quraşdırılıb. 

Sözügedən layihənin bir hissəsi olaraq Dairəvi Dəmir Yolunun bütün stansiyalarında yerləşdirilən 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klasa qədər yüksəldə bilərlər.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678