Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qanunsuz piştaxtası sökülən kişi intihara cəhd etdi – AÇIQLAMA

123 Baxış

Sosial şəbəkələrdə Binəqədi rayonu Biləcəri qəsəbəsində Qarabağ əlilinin özünü yandırması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib:

“Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb”.

“Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”, – deyə DİN-dən qeyd edilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678