Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tərtər sakininin intihara cəhd etməsi ilə bağlı AÇIQLAMA

103 Baxış

Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerli sakin, Qarabağ qazisinin özünü yandırıldığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, hadisəyə həmin şəxsin Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımovla aralarında olan söhbət səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, bəzi sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir:

“Belə ki, özünü yandırmağa cəhd edən şəxs Tərtər rayon Bəyimsarov kənd sakini R.Q. adlı şəxsdir. O, qazi deyil və psixi xəstəlikdən əziyyət çəkir. Həmin şəxs özünü yandırmağa cəhd etsə də, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hazırda onun həyati təhlükəsi yoxdur”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678