Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ açıqlaması İranı da “silkələdi”: Simonyan isterikası…

49 Baxış

İran tərəfi də Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına bərk narahat olub. Yerli mediada erməni nazirin çıxışı dolayı yolla tənqid olunması, mətbu orqanlarında onun əleyhinə məqalələrin yer alması, bunu deməyə əsas verir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, “Paşinyan Bakıya müqavimət göstərə bilmədi”, belə başlıqlar altında bir çox İran mediası Paşinyanın Azərbaycanın bütün Qarabağ ərazisi üzərində suverenliyinin tanınması ilə bağlı dünənki bəyanatından yazıb.

Belə ki, “Khabar Online”, “Arskhabar”, “Iranemrouz”, “Vista” и “KhabarFarsi” kimi xəbər saytları bu yöndə özlərinə necə deyərlər, əl qatıblar. Bu məqalələr İranın əsas xəbər agentlikləri olan ISNA və İRNA tərəfindən neytral başlıqlarla təkrar edilib.

Qeyd edək ki, dünən Rusiyanın məşhur hökumətyönümlü jurnalistləri Marqarita Simonyan və Vladimir Solovyov da Paşinyanın çıxışlarından sonra özlərindən çıxaraq isterik mövqe sərgiləyiblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678