Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peyvənd olunan müəllimlər arasında halı pisləşən varmı? – AÇIQLAMA

114 Baxış

“Koronavirus əleyhinə aparılan peyvəndlənmədə iştirak edən məktəblərin işçi heyəti arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-ə kimi ümumtəhsil müəssisələrində çalışan 135279 (61 %) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.

Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:

18-29 yaş arası heyətin 40%-i
30-39 yaş arası heyətin 53%-i
40-49 yaş arası heyətin 64%-i

50 yaşdan yuxarı heyətin 68 %-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678