Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Virusu simptomsuz keçirənlər peyvənd oluna bilər? – VİDEO

112 Baxış

“Koronanı simptomsuz keçirdiyi üçün test nəticəsi olmayan və adı sistemə düşməyən şəxslər də peyvənd oluna bilər”.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, həmin şəxslərdə immunitet olsa belə, peyvənd vurulmasının əks təsiri yoxdur:

“Əgər heç vaxt test verməyiblərsə, sistemdə adları olmayıbsa və koronavirusu keçirdiklərini düşünürlərsə, o zaman istənilən vaxtı müraciət edib, vaksinasiya oluna bilərlər. Bunun əks göstərişləri yoxdur. Ölkədə 4 fərqli peyvənd var. Hansını istəsələr ondan istifadə edə bilər”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678