Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik rəsmisi ölüm hallarının qeydə alındığı çimərliklərdən danışdı

129 Baxış

“Bu gün Abşeron yarımadasında və Xəzər dənizinin sahilyanı zonasında fəaliyyət göstərən dövlət və özəl sektora məxsus çimərliklərində formalaşan məişət tullantılarının daşınması üçün ikitərəfli müqavilələrin bağlanmasına meyillilik yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, fəaliyyət göstərən çimərliklərin ərazilərində onun qanuni və ya qeyri-qanuni olması ilə bağlı işarələmələr aparılmır:

“Qanuni çimərliklərdə təcili yardımın tibb işçiləri, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və aidiyyəti dövlət orqanlarının əməkdaşları xidmət aparır. Ölüm, boğulma hadisələrinin baş verməməsi qeyri-qanuni çimərliklərdə olur”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678