Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı biznesmenlərin Moskvadakı bazarını partlatmaq istəyirlər?

136 Baxış

Rusiyanın Moskva şəhərində azərbaycanlılara aid “Sadovod” bazarına bomba yerləşdirilməsi barədə məlumat daxil olub.

“RİA Novosti” bu barədə paytaxtın təcili xidmət nümayəndəsinə istinadla xəbər verir.

Bildirilir ki, əməliyyatçılar artıq axtarışlara başlayıblar. Bazarın işçiləri və bazara gələnlər hələ təxliyə edilməyib.

Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” Qod Nisanov və Zarah İlievin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazidə yerləşən bazara 8000 mağaza daxildir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678