Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu

120 Baxış

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“Azərsu” ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

Hadisənin təfərrüatı araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678