Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 80 yaşdan yuxarı neçə nəfərin əmək müqaviləsi var? – RƏSMİ

108 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində 1,7 milyonadək müqavilə qeydiyyata alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. 

Qeydiyyatda olan əmək müqavilələrinin 464 300 (yəni 28,1 %-i) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.

E-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3 %-i 41-50 yaşlarında, 20,1 %-i 51-60 yaşlarında, 20 %-i 21-30 yaşlarında, 9,7 %-i isə 61-70 yaşlarında olan işçilərə aiddir.

Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678