Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qazprom”: Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunacaq

131 Baxış

Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.

Bu barədə “Qazprom Export” məlumat yayıb.

“Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara tədarük ediləcək. Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”, – deyə Rusiya təchizatçısı qeyd edir.

“Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək Gürcüstanla sərhədədək istehlakçılara tədarük ediləcəyi nəzərdə tutulur. İş təxminən üç həftə çəkə bilər. İş tamamlandıqdan sonra qaz Rusiya Federasiyası və Gürcüstan sərhədi üzərindən əvvəlki nmarşrutla nəql ediləcək”, – deyə əlavə edilir.

2020-ci ildə “Qazprom” Ermənistana 2,2 milyard kubmetr qaz verib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678