Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhərrəm Əliyev: “İlham Əliyev Azərbaycanı istəməyən dövlətlərin cavabını verib”

135 Baxış

Ölkə başçısının son dövrdə, xüsusilə Vətən müharibəsi ərəfəsində apardığı siyasət dünyada hər adama qismət olmur. Düşünürəm ki, hər adam bunu bacara bilməzdi.

Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev həm döyüş bölgəsində verdiyi tapşırıqlar, həm də mətbuat qarşısında əzmlə çıxışı ilə tarix yazdı:

“Mətbuat qarşısında iki saatdan çox çıxış edən Prezident İlham Əliyev xarici jurnalistlərin bütün suallarını deyərdim ki, kifayət qədər diplomatik şəkildə cavablandırdı. Dünyada Azərbaycanı istəməyən bəzi dövlətlər var ki, İlham Əliyev onların hər birinə müvafiq cavabları verib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678