Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tikinti şirkəti BNA-nın avadanlığını dağıtdı, sərnişin və sürücülər problem yaşadı – FOTO

140 Baxış

Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual  İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb. “Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib. Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb.  Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb. Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb.  

Qeyd olunan məsələylə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.    
Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki,  hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678