Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR və DSX-dən xəbərdarlıq: “Ağır qəza hallarının baş verməsinə səbəb ola bilər”

129 Baxış

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir.

Bu barədə Dövlət Neft Şirkətinin və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda ov mövsümü olmamasına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunub:

“Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymayıb, qanunsuz əməllərini davam etdiriblər.

İyun ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən “Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanılıb və ərazidən kənarlaşdırılıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678