Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda uşaqlara da vaksin vurulacaq? – RƏSMİ

125 Baxış

“Azyaşlılara vaksin vurulması ilə bağlı məsələ müzakirə edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva TƏBİB-in rəsmi “Facebook” səhifəsində yayımlanan “TƏBİB məsləhəti” rubrikasında ÜST-ün uşaqlara vaksin vurulması ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, hazırda Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən vaksinasiyaya 18 yaşından yuxarı və əks göstəriş olmayan şəxslər cəlb edilir:

“Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, hazırda ölkədə vaksinasiya prosesi təyin edilən strategiyaya uyğun şəkildə aparılır. 18 yaşdan aşağı şəxslərə vaksin vurulması qadağandır. Azyaşlılara isə müvafiq dövrlərdə peyvəndlər vurulur. Bu gün bu istiqamətdə danışıqlar davam edir. Əgər bu azyaşlılara vaksin vurulması ilə bağlı hər hansı qərar qəbul edilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678