Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təltif edilən hərbçilər sevincini “Baku TV” ilə bölüşüb – VİDEO

121 Baxış

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində iştirak edən hərbi qulluqçuları medallarla təltif edib. 

Baku TV əməkdaşları təltif edilən qulluqçulardan dördü ilə söhbət edib. 

Qəhrəman döyüşçülər mayor Qurbanov Rəşad Seyfi oğlu Füzulinin və Şuşanın azad olunmasına görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,

Hərbi Dəniz Qüvvələrinin zabiti Vəliyev Elçin “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə,

Xüsusi Təyinatlı Qüvvələrin zabiti Ruslan Əliyev “Cəbrayılın azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə,

Kapitan Əliyev Anar Məzahir oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin Şuşa və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678