Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspert: “Azərbaycanda ətraf mühiti qorumaqçün ekoloji fond yaradılmalıdır”

114 Baxış

“Azərbaycan “yaşıl energetika” ilə bağlı gündəlikdən kənarda qalmamalıdır. Bu gün “yaşıl enerji” məsələsi dünya iqtisadiyyatında mövcud olan trendlərdən biridir. Hesab edirəm ki, biz bu məsələyə sistemli və geniş yanaşmalıyıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bir tərəfdən “yaşıl energetika” alternativ və bərpa olunan və ətraf mühitə zərər verməyən yanaşmanı özündə ehtiva edir:

“Digər tərəfdən isə enerji qoruyucu texnologiyalar tətbiq edilməklə kifayət qədər ciddi şəkildə ətraf mühitə zərərin verilməsinin qarşısı alınır. Düşünürəm ki, məsələyə bu iki istiqamət üzrə yanaşmaq lazımdır”.

Ekspertin fikrincə, “yaşıl energetika”nın tətbiqi qısa müddətli perspektivin məsələsi deyil:

“Burada kifayət qədər uzunmüddətli dayanıqlı dövlət yanaşmasına və dövlət proqramlarına ehtiyac var. İşğaldan azad olunan ərazilərin yeni iqtisadi idarəetmə modeli çərçivəsində həmin bölgələrdə “yaşıl iqtisadiyyat”ın geniş tətbiq edilməsi nəzərdə tutulub. Hesab edirəm ki, buna ilk növbədə Azərbaycanda “yaşıl energetika”nın inkişafına su resurslarının istifadəsi vasitəsilə, eyni zamanda günəş enerjisinin geniş şəkildə istifadəsi üçün müvafiq infrastrukturun yaradılması ilə mümkündür. İşğaldan azad olunmuş ərazilərdə su resursları ilə bağlı kifayət qədər böyük potensial mövcuddur. Həmçinin, bu gün günəş enerjisi öz rentabellik göstəricilərinə görə artıq istilik enerjisini keçməkdədir. Təbii ki, bunu da diqqətdən kənarda saxlamamalıyıq və günəş enerjisinə investisiyaları artırmalıyıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678