Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya şirkəti Xəzərdə “Dostluq” yatağının operatoru olmaq istəyir

121 Baxış

“Lukoil” şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.

“İnterfax” xəbər verir ki, bu sözləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında söyləyib.

“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, – deyə Vahid Ələkbərov bildirib.

Mütəxəssislərin fikrincə, “Dostluq”un 50 milyon ton neft ehtiyatları var.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birlikdə işlədilməsi haqqında razılığa gəliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678