Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rumıniyanın XİN başçısı: “Mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır”

126 Baxış

“Biz Azərbaycan və Ermənistan arasında etimadın qurulması prosesinə dəstək verməkdə davam etməyə hazırıq”.

“Report” xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina xəritələrinin hamısının təhvil verilməsi prioritet olaraq qalır:

“Biz etimadın qurulması və digər məsələlərin həlli ilə bağlı addımlara kömək və dəstək verməyə hazırıq”.

XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistanın cəmiyyətləri arasında etimadın qurulması çoxlu səylər tələb edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678