Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lerik rayon sakini polis tərəfindən döyülüb? DİN-dən AÇIQLAMA

127 Baxış

Lerik rayon sakini polis əməkdaşlarının yaxınları tərəfindən döyüldüyün iddia edib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Nuriyevin müraciəti əsasında Lerik Rayon Polis Şöbəsinin təhqiqat qrupunda faktla bağlı toplanmış ilkin təhqiqat materialı araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə şöbənin istintaq qrupuna göndərilib:

“Təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Q.Nuriyevin xəsarəti sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətdir. Hazırda Lerik ŞRPŞ-nin istintaq qrupunda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

“Onu da bildiririk ki, Q.Nuriyevin onu döyən şəxsin Lerik RPŞ-nin əməkdaşı Teymur Nuriyevin qohumu olması iddiası tamamilə yalandır. Əlavə olaraq bildiririk ki, polis əməkdaşı T.Nuriyevin qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub”, – deyə DİN rəsmisi qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678