Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lirə manat qarşısında ucuzlaşır – Yeni rekord

110 Baxış

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0956 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,31% azalma deməkdir. İyul ayının əvvəlindən lirə 6,1% dəyər itirib.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi iyulun 22-də 0,0959 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, Türkiyədə dollar həftəyə 17,79 lirədən başlayıb, avro/lirə nisbəti isə 18,15 lirə olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678