Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Haber Global”ın əməkdaşları “Telesəhər”də – VİDEO

109 Baxış

Türkiyənin “Haber Global” telekanalının əməkdaşları AzTV-nin efirində yayımlanan “Telesəhər” verilişində qonaq olublar.

“Haber Global”ın İctimai əlaqələr departamentinin direktoru Ayşə Yonca Baltaoğlu işğaldan azad edilmiş ərazilərə səfərlərindən danışıb.

O qeyd edib ki, Ağdam rayonunu ilk gördüklərində böyük bir kədər hissi keçiriblər, lakin Ağdamın üzərində qurulan yeni layihələri gördüklərində onlarda ümid yaranıb.

Telekanalın müxbiri Murad Karadaş isə Vətən müharibəsi zamanı Azərbaycanda olub: “Biz Ağdama müharibə bitdikdən sonra getdik. Beləliklə daima adını eşitdiyimiz yeri ilk dəfə ziyarət etdik. Ağdamın o hala düşdüyünü görmək ürəyimizi ağrıtdı. Lakin indi hər yerdə tikinti gedir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678