Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir peşə təhsilindəki problemlərdən DANIŞDI

121 Baxış

“Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. Yəni, sonu bağlı olan bir kanal idi. İnsanlar peşə təhsili alırdı, amma heç bir yerdə işlə təmin olunmurdular”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmruyllayev bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət dəyişib:

“Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Həmin şəxslər öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər. Fikrimcə, peşə təhsilinə maraq artacaq. Son ildə məzunların 30 faizi peşə təhsilinə müraciət edib”.

Nazir qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib:

“Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstəricisindən daha yaxşıdır. Hazırda Bərdə və Cəlilabad rayonunda yeni peşə təhsil müəssisələri tikilib.

Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Digər gördüyümüz iş ondan ibarətdir ki, biz peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678