Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda onlarla süni balıq gölünün fəaliyyəti dayandırılıb – SƏBƏB

143 Baxış

Azərbaycan torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin təhlili aparılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, ölkə üzrə ümumilikdə 558 balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb.

Monitorinqlər nəticəsində indiyədək mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 155 süni gölün fəaliyyəti dayandırılıb. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Hazırda 403 təbii və süni balıq gölü mövcuddur. Bunlardan 33-ü təbii, 370-i isə süni balıq gölüdür. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 319-u isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb.

Təyinatına uyğun istifadə olunmayan torpaq sahələrində mövcud olan 344 göl barədə inzibati protokol tərtib edilib. 28 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib edilmiş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub. Süni balıq göllərinin ən çox Neftçala, Salyan, Hacıqabul rayonlarında yaradılması aşkar edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678