Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ səfiri: “Çox şadıq ki, Azərbaycan COVAX təşkilatı vasitəsilə müəyyən miqdarda vaksin alıb”

105 Baxış

Prezident Bayden vaksinlərə əlçatanlığı təmin edən COVAX təşkilatına yarım milyard Pfizer peyvəndi ianə edəcəyi ilə bağlı məlumat verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, bu, pandemiyaya qarşı qlobal mübarizəni güclü şəkildə dəstəkləməyə kömək edən tarixi bir addımdır:

“Çox şadıq ki, Azərbaycan COVAX təşkilatı vasitəsilə müəyyən miqdarda vaksin alıb və bundan sonra da almağa davam edəcəkdir”.

Səfir eyni zamanda Şamaxıda “PROACT-Care” layihəsi çərçivəsində görülən işlərlə bağlı ÜST və TƏBİB nümayəndələrinə, eləcə də Səhiyyə Nazirliyinə təşəkkür edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678