Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TƏBİB sədri pandemiyanın bitəcəyi vaxtı AÇIQLADI

218 Baxış

Ölkədə tətbiq edilən vaksinasiya koronavirusun “Delta” variantı üçün də qoruyucu keyfiyyətə malikdir.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

R.Bayramlı bildirib ki, vaksinasiyaya düzgün riayət edildiyi təqdirdə ilin sonuna qədər biz bu pandemiya bəlasında xilas ola bilərik:

“Ölkəmizdə “Delta” virusuna qarşı bütün tədbirləri görməliyik. Vaksin istehsalçıları da bu istiqamətdə vaksinlərinin qoruyuculuğunun olduğunu bildirir. Müzakirələrdə qoruyuculuğun azalmasına dair iddialar var. Amma mütəmadi monitorinqlər gedir. Operativ qərargahın təyin etdiyi karantin qaydalarına riayət etmək şərtdir.

Əgər ölkədə virus aşkarlanarsa, onun gen xəritəsi aparılacaq və dünya gen bankına daxil ediləcək və ictimaiyyətə də məlumat veriləcək. Bir daha deyim ki, “Delta” virusu təhlükəlidir və yoluxuculuq qabiliyyəti 2-3 dəfə daha çoxdur. Səbrlə karantin qaydalarına riayət etsək, ilin sonuna pandemiyadan canımızı qurtara biləcəyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678