Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pirşağıda kanalizasiya suları dənizə axıdılır – VİDEO

115 Baxış

Bakının Pirşağı qəsəbəsində kanalizasiya suları dənizə axıdılır. Üfunət iyindən ərazidə dayanmaq mümkün deyil. Kanalizasiya suları üstü açıq halda kanal vasitəsilə dənizə doğru istiqamət alıb. Nəzərə alsaq ki, dəniz mövsümüdür və sakinlər həmin çimərlikdən istifadə edir, o zaman vəziyyətin daha acınacaqlı olduğunu görmək heç də çətin deyil. Ərazidə araşdırma apardığımız zaman aydın oldu ki, yaxınlıqda olan obyektlərdən də kanalizasiya suları açıq şəkildə dənizə axıdılır. 

“Azsu Ekoloji Qurğu” MMC-dən Baku TV-yə bildirilib ki, həmin ərazidə xüsusi təmizləyici qurğular quraşdırılıb və müqavilə əsasında çirkab sular təmizləndikdən sonra xüsusi borular vasitəsilə dənizə vurulur. Mövcud məsələyə “Azərsu” ASC-dən də münasibət öyrəndik. Qurumun sözçüsü Anar Cəbrayıllı qeyd etdi ki, baş plana əsasən gələcəkdə Pirşağı, Kürdəxanı istiqamətlərində tullantı su şəbəkəsinin qurulması nəzərdə tutulur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, ərazidə sözügedən məsələ ilə bağlı dərhal araşdırma aparılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678