Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəzərdə 52 yaşlı kişi bataraq öldü

112 Baxış

Xəzər dənizində bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mansurov Amil Məhəmməd oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678