Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tovuzda evdə yanğın olub, xəsarət alan var – FOTO

144 Baxış

Tovuz rayonunda yanğın baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus üç otaqdan ibarət fərdi evdə qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı bir nəfər xəsarət alıb.

Yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678