Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəssablardan COVID-19 pasportu tələb ediləcək – RƏSMİ

143 Baxış

“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir:

“Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan sonra onların məntəqədə fəaliyyət göstərməsinə imkan veriləcək”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678