Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaşıldərədə 20 gündür içməli su yoxdur? – AÇIQLAMA

136 Baxış

Sumqayıt sakinləri su probleminə görə narazılıqlarını bildirirlər.

Bu barədə Oxu.Az-a daxil olan şikayətdə məlumat verilir. Vətəndaşlar bildirir ki, söhbət Sumqayıtda “Yaşıldərə” adlanan yaşayış massivindən gedir:

“Biz “Yaşıldərə” yaşayış massivində Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçənin 4-cü məhəlləsində, Xıdırlı məktəbi yolunda yaşayırıq. Burada yaşayan sakinlər artıq 20 günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. Yay günləri içməli su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu qonşu məhəllələrdən vedrələrlə, qablarla daşıyırlar. Neçə vaxtdır ki, su borusu çəkilən məhəllə sakinləri demək olar hər yay bu əziyyətlə qarşılaşırlar. Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür. Bəlkə də başqa səbəblər də var, amma fakt odur ki, su gəlmir”.

Sakinlər iddia edir ki, problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt Şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də onların problemi həllini tapmır:

“Bizim müraciətlərimiz cavabsız qalır, ya da qeyri-müəyyən müddətə uzadılır. Yalnız vədlər verilir. Yay günü aylarla susuz qalmaq dəhşətdir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Yaşıldərədə yaşayan vətəndaşların şikayətləri ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib:

“Məsələ ilə bağlı ərazi üzrə sukanal idarəsinə müvafiq tapşırıqlar verilib. Məsələ araşdırılıb. Həmin ərazidə yüksəklikdə yerləşən bəzi yaşayış evlərinin içməli su təchizatında problem müşahidə olunub. Bununla bağlı zəruri tədbirlər həyata keçirilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678