Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ləhic bağları”nda çimərlik hasarlandı – VİDEO

138 Baxış

İnsanlar çimərliyin hasarlanmasından şikayət edir.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib.

Bildirilir ki, söhbət paytaxtın “Ləhic bağları” adlanan ərazisindən gedir. Çimərlik ərazisinə gələn insanları daş divar qarşılayır:

“Çimərliyə gedən yolda hörülən hasarın hündürlüyündən dəniz belə görünmür.

Videodan gördüyünüz hasar bu şəkildə davam edir. Hasarı kim hansı məqsədlə hörürü bilmirik. Hasarın tikintisi tamamlanmadığı üçün hələ ki, uzun məsafə qət etdikdən sonra o tərəfə keçə bilirik. Lakin, digər tərəflərdən dəniz tərəfə keçmək mümkün deyil”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678