Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri dünyadakı vaksin problemindən DANIŞDI

117 Baxış

ÜST-ün siyahısında olan bütün peyvəndləri bir çox ölkə qəbul edib. Lakin, bu siyahı yeni vaksinlərin sınaq nəticələrindən asılı olaraq dəyişir.

Oxu.Az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ÜST-ün vaksinlərlə bağlı siyahısına daxil olan peyvəndlərin bütün ölkələr tərəfindən qəbul ediləcəyinə inanırıq:

“Eyni zamanda peyvənd bu gün dünyada az sayda insan üçün əlçatandır ki, ÜST peyvənd olunma prosesini mütləqiyyət kimi təqdim edilməməsinin tərəfdarıdır. Çünki, bu, ölkələr arasında bərabərsizliklərə səbəb ola bilər”.

H.Harmancı peyvəndlərin effektivlik əmsalının yüksək olduğunu deyib:

“Bu gün istifadə edilən peyvəndlərinin qoruyuculuğu yüksəkdir. Elə peyvəndlər var ki, onların effektivliyi 90 faizdən yuxarıdır. ÜST-ün vaksin siyahısında olan bütün vaksinlər pandemiyanın bütün ştammlarına qarşı effektivdir. Bu gün daha qüvvətli vaksinə yox, daha çox insanın sürətlə peyvənd vurdurması lazımdır ”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678