Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndinin deputatı: “Bu gün arzularımız gerçəkləşdi”

39 Baxış

“Bu gün cənab Prezident İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərədə və digər ərazilərimizdə Azərbaycanımızın şanlı bayrağı ucaldıldı. Bu gözəl günü bizə yaşatdığı üçün cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk”.

Turanmedia.az xəbər verir ki, bunu TNS-ə Xankəndidən olan deputat Tural Gəncəliyev deyib.

“Bu gün arzularımız gerçəkləşdi. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində çox gözəl bir gündür. Ordumuz cənab Prezidentin liderliyində qarşıya qoyulan məqsədlərə çatdı. Hamımızı ürəkdən təbrik edirəm”, – o əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678