Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vəkillər niyə cərimələnəcəklər? – VİDEO

110 Baxış

Qanunvericiliyə edilən dəyişikliyə görə bundan sonra məhkəmədə açıq-aşkar, əsassız vəsatət qaldıran, yaxud da şikayətlər verən, bununla işə düzgün və tez baxılmasına, onun həll edilməsinə aşkar maneə törədən tərəf, onun nümayəndəsi və ya vəkili 500 manatadək cərimə ediləcək. 

Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz etdilər. Onların fikrincə, yeni qərar vəkillə müvəkkil arasında narazılıq yaradacaq. Üstəlik, vəkilin məhkəmədə müdafiəsini tam qurmasına maneə yaradacaq. Yaranan narazılıqdan sonra Milli Məclisin növbəti iclasında məsələ yenidən müzakirə olundu. 

Parlament sədrinin birinci müavini Əli Hüseynli dəyişikliyi şərh edib: “Burada məqsəd həm məhkəmənin nüfuzunun qaldırılması, həm də tərəfləri intizama dəvət etməkdir”.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev isə bildirib ki, məqsəd nə vəkillərin, nə də tərəflərin vəsatətlər verməsinin qarşısını almaq deyil, proseslərə qanunvericiliyin müəyyən etdiyi müddətlər çərçivəsində baxmaq imkanı yaratmaqdır. Bununla da vəkillərin narazılığına son qoyuldu.

Qeyd edək ki, Mülki Prossesual Məcəlləyə təklif edilən dəyişikliklər II oxunuşda səsə qoyularaq qəbul edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678