Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

4 yaşlı Mirismayıl xalqın dəstəyi ilə əməliyyat olundu – FOTO

246 Baxış

Ötən günlərdə Mirismayıl balanın əməliyyata ehtiyacı olduğu barədə paylaşım etmişdik. 

Oxu.Az-ın məlumatına görə, paylaşımlardan sonra 4 yaşlı Mirismayılın əməliyyatı üçün lazım olan məbləğ toplanıb və o, gözündən əməliyyat olunub. 

Uşağın atası Mirvari Ağalarovun sözlərinə görə, həkimlər əməliyyatın uğurla keçdiyini bildirib:

“Əməliyyatdan sonra Mirismayıla 4 ay müddətinə Türkiyədə müalicə yazıblar. Toplanan məbləğ əməliyyata və dərmanlarına xərclənib. Övladıma kömək olan hər kəsə təşəkkür edirəm. Son müalicədə də bizə dəstək olmalarını xahiş edirəm”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678