Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Eşitmə əngəlli güləşçilərimiz dünya çempionatında medallar qazandı – FOTO

115 Baxış

Türkiyənin İstanbul şəhərində keçirilən eşitmə və danışma əngəlli güləşçilərin dünya çempionatında Azərbaycan üç medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, 67 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi Xanhüseyn Abışov əvvəlcə gənclər arasında gümüş medal qazanıb, bir gün sonra böyüklər arasında bürünc medal əldə edib.

Həmçinin, İlkin Həmzəyev də gənclər arasında bürünc medal qazanıb.

Millimiz dünən axşam saatlarında baş məşqçi Rəşad Rəşidovun rəhbərliyi altında Bakıya qayıdıb. İdmançılarımızın qarşılanması mərasimində güləş yunan-Roma güləşi üzrə Olimpiya mükafatçıları – Emin Əhmədov, Rəsul Çunayev, dünya və Avropa çempionu Eldəniz Əzizli kimi simalar iştirak edib.

Qeyd edək ki, Azərbaycanı bu yarışda dörd idmançı təmsil edib. Bunlardan Murad Cəfərov (55 kq), Xanhüseyn Abışov (67 kq) və İlkin Həmzəyev (72 kq) yunan-Roma güləşində, Elçin Həsənov (61 kq) sərbəst güləşdə mübarizə aparıb. Hicran Şərifov Azərbaycanı hakim kimi dünya çempionatında təmsil edib.

2022-ci ildə Braziliyada eşitmə əngəlli idmançıların Olimpiadası olacaq. Bu yarışda da həmin idmançılarımız mübarizə aparacaq.

Onu da bildirək ki, Xanhüseyn Abışov bu dünya çempionatına şəxsən dünya və Avropa çempionumuz Rəsul Çunayevin rəhbərliyi altında hazırlaşıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678