Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Həşimov barədə çəkilən sənədli filmin təqdimatı keçirilib – FOTOREPORTAJ

138 Baxış

Şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, təqdimat Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Sənədli film “Portret 3293” adlanır. Təqdimatda şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və ailə üzvləri, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri və hərbçi yoldaşları iştirak ediblər.

Sənədli film “Chelebi Media Group” tərəfindən lentə alınıb.

Filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri Xiyaban, Sumqayıt şəhəri Polad Həşimovun evi, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

Qeyd edək ki, general-mayor P. Həşimov 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində qəhrəmancasına şəhid olub. O, ötən il iyul ayının 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678